<?xml version="1.0" encoding="UTF-8"?>
<!DOCTYPE wml PUBLIC "-//WAPFORUM//DTD WML 1.2//EN" "http://www.wapforum.org/DTD/wml12.dtd">
<wml>
<head><meta http-equiv="Cache-Control" content="no-cache" forua="true"/></head>
<card id="Dostluq.Az" title="Wap.DOSTLUQ.Az :: Oxu zali">
<p align="left"><b>Bunlari bilirsinizmi?</b><br/><br/>Yaponiyada qadınların orta yaş həddi 84, Botsvanada isə 39 ildir.<br /> ABŞ və Ingiltərə erkən yaş dövründə hamiləliyə görə dünyada birinci yeri tuturlar.<br /> Çində 44 milyon qadın itkin düşmüş sayılır.<br /> Braziliyada fahişə qadınların sayı Braziliya ordusunun sayından çoxdur.<br /> 2002-ci ildə edam faktlarının 81 faizi ABŞ, Çin və Iranın payına düşüb.<br /> Ingiltərədə supermarketlərin müştərilər haqqındakı informasiyası hökumətinkindən daha çoxdur.<br /> ABŞ-da hər inəyin saxlanılması üçün ayrılan gündəlik 2.5 dollar Afrika olkələrinin 75 faizinin gündəlik gəlirindən daha çoxdur.<br /> 70-dən çox ölkədə eyni cinslərin cinsi əlaqəsi qadağan edilib, 9-da isə bu işə görə ölüm cəzası kəsilir.<br /> Dünya əhalisinin beşdə birinin gündəlik gəliri 1 dollardan azdır.<br /> Rusiyada hər il 12 min qadın cəmiyyət və ailədaxili problemlər səbəbi ilə intihar edir.<br /> 1 ildə 13.2 milyon amerikalı estetik əməliyyat keçirir.<br /> Dünyanın ən çox pul qazanan idmançısı qolfçu Tiger Vudz ildə 78 milyon dollar qazanır. Bu isə saniyədə 148 dollar deməkdir.<br /> 15 yaşlı ingilis gənclərinin yarısı narkotiklərdən istifadə edir, dörddə biri isə siqaret çəkir.<br /> Dünyada şişman əhalinin üçdə biri inkişaf etməkdə olan ölkələrdə yaşayır.<br /> 1997-ci ildən indiyə qədər ABŞ-da abort klinikalarında 80 min zorakılıq və zorlama faktı qeydə alınıb.<br /> Keniyada hər bir ailənin əldə etdiyi qazancın üçdə biri rüşvətə xərclənir.<br /> Dünyada qanunsuz narkotik maddələrin dövriyyəsindən əldə olunan qazanc illik 400 milyard dollar təşkil edir.<br /> Dünyanın üçdə birində müharibə vəziyyəti hökm sürür.<br/>Neft ehtiyatları 2040-cı ildə tükənəcək.<br /> Dünyadakı müharibələrin dörddə biri təbii ehtiyatlar uğrunda baş verib.<br /> Afrikada QIÇS-ə yoluxanların sayı 30 milyon nəfər təşkil edir.<br /> Intihar nəticəsində ölənlərin sayı silahlı münaqişələrdə ölənlərin sayından daha çoxdur.<br /> ABŞ-da həftədə orta hesabla 88 şagird sinfə silahla girir.<br /> Dünyada ən azı 300 min nəfər şəxsi fikir və düşüncələrinə görə həbsxanalara salınıb.<br /> Hər il dünyada 2 milyon gənc qız və qadın sünnət edilir.<br /> ABŞ pornoqrafiyaya ildə 10 milyon dollar pul xərcləyir. Eyni zamanda ABŞ öz hərbi xərcləri üçün özünə təhlükəli qəbul etdiyi 7 ölkənin büdcəsindən 33 dəfə çox pul ayırır.<br /> Hələ də dünyada 27 milyon qul var.<br /> Hər il 120 min qadın və gənc qız Qərbi Avropa ölkələrinə satılır.<br /> Yeni Zelandiyadan Ingiltərəyə gətirilən bir ədəd kivi atmosferə öz ağırlığından 5 dəfə çox kükürd qazının buraxılmasına səbəb olur.<br /> ABŞ-ın BMT-yə olan borcu bir milyard dollardır.<br/>----<br/>&#187;<a href="http://dostluq.az/reading.php/">oxu zali</a><br/>&#187;<a href="http://dostluq.az">wap.dostluq.az</a><br/></p></card></wml>
